Bizə qoşulmaq istəyirsən?

Veten.be ailəsinə qoşulmaq istəyirsən? Yeni dostlar və əlaqələr qurmaq arzusundasan?

Forumda qeydiyyatdan keç!

Veten.be

Azerbaijani Youth in the Benelux

 

Veten.be - Forum

Join Our Forum Sizi Veten.be Forumuna dəvət edirik. Burada siz istədiyiniz mövzuları müzakirə edə bilərsizin, sizi maraqlandıran suallara cavab almaq və sadəcə olaraq yeni və maraqlı insanlarla tanış olmaq imkanını qazanacaqsınız.

Veten.be - Gallery

Veten.be GalleryVeten.be Rəsim qalereyasında siz Benilüksda keçirilən mədəniyyət, diaspora və idman tədbirlərindən, gənclərin görüşlərindən şəkilləri seyr edə bilərsiniz. Eyni zamanda, sizdə olan rəsimləri də bizimlə bölüşə bilərsiniz.
Mədəniyyət
Official clip of Safura Alizadeh - Drip Drop PDF Print E-mail
User Rating: / 7
PoorBest 
Mədəniyyət
Written by Musa Punhan   
Friday, 21 May 2010 21:01

 

 

Last Updated ( Friday, 21 May 2010 21:59 )
 
Səfurə Osloda, Eurovision səhnəsində Drip-Drop mahnısını ifa edəcək . PDF Print E-mail
Mədəniyyət
Wednesday, 28 April 2010 17:56

Hazırda Azərbaycan ulduzu Stokholmda, Anders Baqqenin studiyasında dünyaca məşhur musiqi prodüseri Niklas Fliktin iştirakı ilə mahnılar yazdırmaqdadır.
Səfurə Eurovision səhnəsində Drip-Drop mahnısın ifa edəcək. Bu qərar Səfurənın bu ayın əvvəlində İsveçdə yazdırdığı final mahnılarının bağlı qapılar arxasında bir neçə dəfə dinlənilməsindən sonra qəbul olunub. Drip-Drop mahnısı münsiflərə öz təbii gücü və potensialı ilə təsir etmişdir.  

Səfurə hal-hazırda İsveçdədir. O orada əfsanəvi bəstəkar və prodüser Anders Baqqenin studiyasında ilk albomunu yazdıracaq. Bu studiya Dünyanın ən qabaqcıl səsyazma studiyalarından biridir. Bir neçə gün öncə məlum olduğu kimi Anders Baqqe, Stefan Örnün iştirakı ilə, mahnının musiqisini bəstələmişdir. Baqqenin iştirakı çoxları üçün gözlənilməz idi..  

Drip-Drop mahnısının studiyada yazıya alınması Britney Spears-in məşhur Toxic mahnısına görə Qremmi mekafatı almış olan Niklas Fliktin rəhbərliyi altında baş tutmuşdur. Bu Niklasın yazdığı və Madonna, Selin Dion, Backstreet Boys və s. kimi dünya ulduzlarının ifa etdiyi 100-lərlə mahnıdan biridir. Drip Drop mahnısının sözlərinin müəllifi istedadlı Sandra Bjurmandır.

 

"Maykl Ceksonun Tarixçəsi" filminin rejissoru super klip üzərində işdə Jakuel Nayta qoşuldu, elə klipdə su altında üzməyə hazırlaşan Safura kimi!

Rupert Ueynrayt 16-17 aprel tarixlərində Kievdə, Ukraynada " Drip Drop " klipinin çəkilişlərinə rəhbərlik edəcək. Məşhurların sırasına Beyonsun xoreoqrafı Jakuel Nayt və "Amerikanın Növbəti Top-modeli" layihəsinin stilisti Tania Cill də daxildir. Ulduz Üçlüyü Eurovision`ın super hiti üçün dünya səviyyəli super klip ərsəyə gətirməyə çalışır.

Ueynrayt " Stigmata " (1999)," Duman " (2005) kimi filmlərin, eləcə də bu filmlərlə ziddiyyət təşkil edən, amma elə bu filmlər qədər uğur qazanan, 1996-cı ildə Maykl Cekson üçün çəkdiyi filmin məşhur rejissorudur. Ueynrayt çoxsaylı "MTV Video Music Awards", "Adweek`s Effi" və "Qremmi " mükafatlarının sahibidir. O, "Reebok", "Sprite" , "Disney", "Converse" , "Honda", "Sprint","McDonalds", "WalMart", və digər çoxsaylı dünya brendləri ilə əməkdaşlıq edir. Ueynrayt tərəfindən çəkilən 2014-cü il Rusiya Olimpiya Oyunlarının promo-çarxı uğurlu kampaniyanın əsasını təşkil etmiş və 142 ölkədə BBC və CNN kanallarında göstərilmişdir.

Jakuel Nayt Beyons (Single Ladies, I am tour), Britni Spirs (Circus tour) və digər məşhurlar üçün ərsəyə gətirdiyi uğurlu işləri ilə kommersiya industriyasının ümumtəsdiq edilmiş müvəffəqiyyətli xoreoqrafıdır. Nayt hazırda Safura üçün klipdə səhnə alacaq 8 rəqqasdan 4 qız və 4 oğlandan ibarət xoreoqrafiya şedevri işləyib hazırlamaqdadır. Naytın növbəti tapşırığı isə xoreoqrafiyanı 6 ifaçının iştirakı ilə Eurovision səhnəsinə uyğunlaşdırmağı olacaq.

Dizayner və stilist Tania Cill Amerikada ən yüksək reytinq alan Amerikanın növbəti top-modeli şousundakı görkəmli işi ilə məşhurdur. Cill Salma Hayek, Eşton Kaçer, Sandra Ballok, Coni Dep, Tom Kruz, Kameron Dias, Prins, Maykl Cekson, Mik Caqqer və digərləri kimi çoxsaylı məşhurlarla çalışmışdır. Cill üçün ən çətini "Drip Drop" - un çəkilişləri üçün Səfurəyə lazımi qeyimləri tapmaq olacaq, ələlxüsus sualtı çəkilişləri nəzər alsaq.

"Drip Drop" klipinin layihəsi uzun müddət sirr saxlanılmışdır və onun əsas məqsədi müğənninin emosiyalarını izləyiciyə ötürüb onun qəlbinə toxunmaq və onu öz fantaziyası ilə baş-başa buraxmaqdır. Hələlik sadəcə bir detal Səfurənın bəzi məqamlarda su altında üzəcəyi açıqlanıb. Bu, azərbaycanlı ifaçı üçün ən çətin məqamdır, belə ki o sudan qorxur və üzməyi bacarmır. Amma elə Safura dediyi kimi Eurovisionda uğur qazanmaq üçün o bacardığından çoxunu etməyə hazırdır.

Yekun nəticədə ulduz üçlüsünün Səfurənın Eurovision komandasında yer alması təsadüfi deyil. Azərbaycan teleşirkəti İTV və "Euromedia and Luxen Group Companies" tərəfindən bir çox dünyaca məşhur rejissorlara, xoreoqraflar və stilistlərə təkliflər edilmişdir ki, onlar Safura ilə işləməyə maraqlı olduqlarını göstərib öz ideyalarını təklif etsinlər. Səfurənin şəkillərinı görən və " Drip Drop " mahnısını eşidən Ueynrat, Nayt və Cill layihə ilə yaxından maraqlanmış və "Drip Drop" klipinin çəkilişləri üçün səfərbər olan ulduzlu üçlünü təşkil etmişlər.

safura.eurovisiontalents.com

www.eurovisionaz.com

 

Last Updated ( Wednesday, 28 April 2010 17:57 )
 
Səfurə Əlizadə PDF Print E-mail
User Rating: / 15
PoorBest 
Mədəniyyət
Wednesday, 28 April 2010 17:52

Onun yalnız 17 yaşı var, ancaq onun məqsədə çatmaq arzusu və mətanəti boldur. Azərbaycanı Oslo şəhərində keçiriləcək “Eurovision-2010” Avropanın başlıca mahnı müsabiqəsində təmsil edəcək milli seçimdə qalib gələn gənc Səfurə Əlizadə 20 sentyabr 1992-ci ildə anadan olmuşdur. Səfurənin ailəsi üçün yaradıcılıq həməşə öncə yerdə olmuş – atası rəssam, anası isə pianoçu və modelçidir. Valideyinlərinə görə Səfurə uşaqlıqdan fashion mövzusu ilə maraqlanmış və anası ilə birlikdə yaratdığı ilk səhnə kostyumlarını yardarkən müstəsna dizayner istedadını nümayiş etdirmişdir.

Buna baxmayaraq onun əsas istedadı musiqi ilə bağlıdır və həyatının başlıca həvəsi vokaladır. Səfurə xanım üç yaşında oxumağa başlamış, 6 yaşa çataraq ilk dəfə səhnəyə çıxmış və həmin vaxtdan daima olaraq cürbəcür müsabiqələrdə iştirak edir. Misal üçün, Səfurə dünyada məhşur Pop İdol şousunun Azərbaycanda analoqu olan “Yeni Ulduz” müsabiqəsinin qalibidir. Bu gözəl qız Azərbaycanın əsl seks-simvoludur – arxayın, stilli, istedadlı və alovlu Səfurə xanım Odlar Yurdunun ideal təmsilçisidir.

Səfurə Əlizadə skripka üzrə musiqi məktəbini bitirmiş, lakin həməşə saksofonda da çalmağı öyrənmək istəyirdi və bu arzusunu da yerinə yetirmişdir - Azərbaycanın şou-biznesində yeganə xanımdır ki, belə mürəkkəb alətdə çala bilir! Yaxınlarda öz ustalığını “Eurovision-2010” müsabiqəsində bütün Avropaya nümayiş etdirəcək.

“Eurovision-2010”-da iştirak etmək xəyalı doğrulmuşdur. Bu indi onun əsas həyat məqsədidir. Səfurə uşaqlıqdan bütün məqsədlərinə çatır və indi də dayanmayacaq. Qarşısında Avropanın əsas səhnəsi durur və Azərbaycanın istedalı müğənnisini çox vacib bir hadisə gözləyir.

Səfurə ağır işləyir və hər gün yeni bir şey öyrənir. Oxuyur və rəqs edir, dərs alır və yardır, xəyal edir və ümid bəsləyirki, onun səsini eşidəcəklər. Dərs və repetisiyalardan azad vaxtlarda Səfurə xanım fashion dünyasındaki xəbərlərlə maraqlanır. Onun ən sevimli dizaynerləri Domeniko Dolçe, Stefano Gabbano, Jan Pol Qotye, Mark Ceykobsdur.

Səfurə məhşur “Toran” saqasının pərəstişksarıdır. Stefani Mayerin demək olar ki bütün əsərlərini oxuyub. Səfurə xanım hər gün bu müasir Romeo və Jülyetta əfsanəsinin çəkiliş meydançasından xəbərləri izləyir və ən sevimli aktyoru, “Toran” saqasında vampir Edvard rolunu ifa edən Hollivudun yeni ulduzu Robert Pattinsonun həyatı ilə maraqlanır. Öz mahnılarını ona həsr edirmi?

Pattinson Azərbaycana gəlib çıxmadıqdan Səfurə özünü bütövlüklə “Eurovision-2010” müsabiqəsinə hazırlığa həsr edir və onun üçün indi əsas məsələ ifa edəcək mahniya aşiq olmaqdadır. Məhz belə dərin gənc duyğuları ilə Avropanın millionlarla tamaşaçılarla şərik olmağa hazırdır.

http://safura.eurovisiontalents.com

http://www.eurovisionaz.com

 

Read more...
 
Frangiz Bagirova Barnsley Azərbaycan Cəmiyyətinin 3 illiyində iştirak edib PDF Print E-mail
User Rating: / 18
PoorBest 
Mədəniyyət
Written by Musa Punhan   
Tuesday, 02 December 2008 00:00

 

 
Frangiz Bagirovanın Veten.be-yə verdiyi məlumata görə, noyabrın 28-i İngiltərədə fəaliyyət göstərən BAzCA (Barnsley Azerbaijanian Community Association) təşkilatının 3 illiyi keçirilmişdir.

Sheffield-Barnsley bələdiyyə başçısının iştirak etdiyi tədbirin bədii hissəsində Frəngiz Bağırovanın konserti olmuşdur. Azərbaycan haqda filmi böyük maraqla izləyən Frəngiz xanımın çıxışını ayaq üstə alqışlamışdır. O Azərbaycan musiqisinin çox dolğun və gözəl olduğunu da qeyd etdi.

Tədbirdə Frəngiz Bağırovaya "İngiltərədə Azərbaycan klassik musiqisi və milli mədəniyyətini layiqli təqdim etdiyinə görə"  dilpom təqdim edilmişdir.
 

 
Frangiz Bagirova'nın şəxsi internet səhifəsi açıldı PDF Print E-mail
User Rating: / 28
PoorBest 
Mədəniyyət
Written by Musa Punhan   
Saturday, 08 November 2008 21:10
 
Hollandiyada yaşayan opera ifaçısı, Frangiz Bagirova'nın şəxsi internet səhifəsi açıldı. Saytda müğənninin tərcümeyi-halı, şəkil qalereyası, audio və video formmatda mahnıları ilə tanış ola bilərsiniz. Eyni zamanda, ürək sözlərinizi qonaq dəftərinə yazmaq imkanınız da var.
 
Frəngiz xanımı bununla əlaqədar təbrik edir, yeni uğurlar arzu edirik!
 
Saytın adresi: www.frangizbagirova.com
Last Updated ( Saturday, 08 November 2008 21:45 )
 
<< Start < Prev 1 2 Next > End >>
Page 1 of 2

Eurovision 2010

For more info and videos: Click here!

Facebook Fanbox 1.5.x.0

Poll

Veten.be`də hansı bölməyə daha çox diqqət göstərilməlidir?
 

Syndicate!

feed-image Feed Entries

Submit news on Veten.be!

Your news on Veten.be!Got interesting news? Share it with us! and we'll add it on Veten.be with your name!

Maraqlı xəbəriniz var? Onu bizimlə bölüşün! və biz onu səhifəyə sizin adınızla əlavə edəcəyik!

Who's online?

We have 4 guests online