|
Zabit ilk öncə sənə öz təşəkkürümüzü bildirmək istərdik bizim ilə görüş imkanı yaratdığına görə. Ikinci növbədə səni dünən 23 yaşın olmaq münasibəti ilə ürəkdən təbrik edirik. Sənə can sağlığı və gələcəkdə böyük idman uğurları arzu edirik! Zabit, özün haqqında bir necə söz. Mən Zabit Səmədov Gürcüstanda anadan olmuşam - Azərbaycanlıyam. On yaşımdan ailəvi Belorusiyaya köçmüşəm. Və artıq on üç ildi orada yaşayıram. Ailən haqqında nə deyə bilərsən? Ailəm ilə birlikdə Belorusiyada Minskda yaşayıram. Evli deyiləm. Lakin gələcək bir-iki ildə evlənmək fikrindəyəm. Yalnız və yalnız ailəmi Azərbaycanlı ilə quracam.Öz idman karyeranı bizə danışa bilərsən? Mən birinci futbol ilə məşqul olmaq istəyirdim.Amma atam məni kickboxing döyüş növünə yazdırdı. Mənim birinci müəllimim Azərbaycanlı olub
, Əziz Dursunov. Bir il yarım onun rəhbəhliyi altında məşq elədim. On yaşımdan başladım məşq eləməyə Belorusiyada "Chinuk" klubunda. Bu klub Avropada üç ən güclü klubların arasındadır. Məşqlərimə başlayan kimi məhşur Belorusiyalı K1 döyüşçü Aleksey Iqnaşov ilə tez-tez məşq edirdim. Onun ilə fəxr edirdim, onun kimi bir döyüşçü olmaq istəyirdim. Hardasa on beş yaşım olandan sonra, beş il məşqlərdən sonra, Avropa çempionatlarında cıxış etməyə başladım. On beş yaşımda Avropa çempionu oldum, on altı yaşımda isə dünya çempionu. Indiyə kimi dörd dəfə dünya çempionu olmuşam. Belorus vətəndaşlığı olmadığına görə cox vaxt dünya çempionatlarında iştirak edə bilmirdim. Sonra isə, oturum alandan sonra, 4 dəfə dünya çempionu oldum. Vətəndaşlıq ilə problem olmasaydı,fikirləşirəm 14 dəfə də ola bilərdim (gülür- K.K.). On beş yaşımdan Aleksey Ignaşov ilə eyni səviyyədə məşq eləməyə başladım, yığma komandada çıxış eləməyə başladım. Cox istəyirdim K1-da çıxış eləmək. Bu mənim bir arzum idi. 2006-cı ilin avqust ayından K1-da çıxış eləməyə başladım. O vaxtdan K1-da 13 döyüş keçirdmişəm və hamısında qalib gəlmsişəm, 6-sı nokaut ilə. Sabah çox vacib döyüşlərim var. Sabahki turniri cox udmaq istəyirəm. Sən Belorussiyanı təmsil edirsən, lakin idman qeyimində həmişə Azərbaycan bayrağıda var. Bunu izah elə. Mən Belorusiyada yaşayıram, lakin yadımnan cxartmıram ki Azərbaycanlıyam.Məni Belorusiyada hamı bir Azərbaycanlı kimi tanıyır. Mən Belorusiyanın "Chinuk" klubunu təmsil edirəm, Belorusiyanı yox. Mənim Azərbaycan vətəndaşlığım olmasada (Gürcüstan vətəndaşlıgıdır) özümü hər yerdə yalnız Azərbaycanlı kimi göstərirəm. Belorusiyada yerli xalqla orada yaşayan Azərbaycanlıların arasında münasibət necədir? Çox yaxşıdır. Belorusiyada yaşayan Azərbaycanlılar çox yaxşi inteqratsiya eləyiblər. Bir Azərbaycanlı kimi Vətənimizi tam təmsil eləmək istəməzdin? Çox istiyərdim. Lakin bu işin çox nyuansları var. Gərək Azərbaycandan birincisi mənə maraq göstərsinlər. Indiyə qədər mən nəyə nail olmuşam hamısını Belorusiyaya borcluyam, oranın klubuna, oranın məşqçilərinə. Orada yaşayıram, oranın suyunu, çörəyini yeyirəm. Lakin buna baxmayaraq yenədə gələcəkdə Azərbaycanı təmsil eləmək istiyərdim. Gərək yaxşı nəticələr göstərim ki Azərbaycandan maraq göstərsinlər. Belorussiyada idmanda, bir başqa millətin nümayəndəsi kimi, özünə qarşı diskriminatsiya ile rast gəlmisən? Yox, diskriminatsiya olmayıb. Mən idmana başlayan kimi, demək olar ki, həmişə 1 nömrə olmuşam. Amma pasport ilə problemlərə görə məni Avropa və dünya çempionatlarına aparmırdılar. 2005-ci ildə birinci dəfə Avropa çempionatında iştirak eləyə bildim. Belorussiyada yaşayan Azərbaycanlı idmançılar çoxdur? Əlaqə saxlayırsınız? Əlbətdə ki. Həmişə bir yerdəyik. Həmişə əlagə saxlayırıq. Güləşçilər var bir neçə nəfər. Mənə baxıb K1-da iştirak etmək istəyənlərin sayı çoxdur. Ümüd verən idmançılar var. Zabit, Belorusiyada daha çox Azərbaycan mühütundə yaşayırsan yoxsa Belorus? Daha çox Azərbaycan. Ən pisi olsun, amma öz millətin olsun! Bir idmançı kimi gələcək planların? Sabahki turnirdə yaxşı çıxış etmək və yaxın gələcəkdə K1 federasiyasından kontrakt almaq. Bu idmanı Azərbaycanda təbliğ eləmək istiyərdin (özünün məktəbini açmaq və s.) Istiyərdim, amma hər şey imkandan, vəziyyətdən asılıdır. Zabit, BAGKŞ (Benilüksda Azərbaycanlı Gənclərinin Koordinasiya Şurası) haqqında öz fikrlərini,arzularını, məsləhətlərini bildir. Cox gözəl iş görürsünüz. Bundan yaxşı nə ola bilər ki. Bizim gənc Azərbaycanlılarımız bir yerdə yığışıb öz milləti üçün, öz Vətəni üçün nə isə yaradırlar, çalışırlar Vətənini Avropada tanıdmaq. Inşa Allah Avropada ve bütün dünyada Azərbaycan deyəndə insanlarda müsbət fikrlər və emosiyalar yaranılsın. Yalnız idmanda yox, hər bir şeydə. Zabit, sənə yenədə bizim ilə vaxt tapıb göruşdüyünə görə sag ol deyirik və sabah və ümumiyyətlə gələcəkdə rinqdə uğurlar diləyirik. Biz hamımız (sabah zalda olan Azərbaycanlılar) sənin böyük azərkeşlərinik. Ümumiyyətlə bil ki Hollandiyada, Belçikada sənin pərəstişkarların var. Sağ ol. Uğurlar. Sizdə sağ olun! |