|
Kənan Qafarov. 16-10-2007. Groningen Şəhriyar, biz Benelüksda Azərbaycanlı Gənclərinin Koordinasinayı Şürası adlı bir təşkilat yaratmışıq və sən bizə intervyu verməyə razılıq vermisən. Ona görə sənə öz təşəkkürümüzü bildirik. Sən hal-hazırda Hollandiyada turnirdə iştirak edirsən.Birinci sualımız standart olacaq: Şəhriyar Məmmədyarov kimdi? Ilk növbədə mən sizin təşkilata öz təşəkkürümü bildirirəm ki, məndən müsahibə götürmək buyurdunuz və bu təklifi məmnuniyyətlə qəbul edirəm. Özüm haqqında onu deyə bilərəm ki, 1985-ci ildə aprelin 12-si Azərbaycanın Sumqait şəhərində anadan olmuşam. Uşağlıqdan indiyə kimi Sumqait şəhərində yaşayıram.Orta məktəbi bitirdikdən sonra 2003-ci ildə Milli Ordu Idman Klubunda əskərlikdə olmuşam. Və indidə professional şahmatçıyam və artıq 14 ildir ki şahmat ilə məşqulam. Məmmədyarovlar ailəsi və şahmat. Məncə Məmmədyarovlar ailəsi və şahmat deyəndə bu şahmat aləmində böyük bir səs deməkdir. Çünkü bizim ailə şahmat üzrə dünya və Avropa çempionatlarında
çox böyük bir sayda medal qazanıb. Bu dəqiqə Azərbaycanda kişilər və qadınlar arasında ən güclü şahmatcılar bizim ailədəndi. Kişilər arasında mənəm, qadınlar arasında bacım - Zeynəb Məmmədyarova. Ona görədə fikirləşirəm ki, Məmmədyarovlar şahmat üçün çox böyük nailiyyətlər əldə ediblər. Düzdür, demək ki bu yalniz başlanqıcdır bir az inanılmaz çıxır, amma bu bizim üçün doğurdanda hələ başlanqıcdır. Bizim əsas uğurlarımız hələ irəlidədir. Biz 1993-ci ildən birlikdə başlamışıq şahmat ilə məşqul olmaga. Birimizin uğuru - hamımızın uğuru olub. Biz hamımız professionalca şahmata yanaşmışıq. Yanı Məmmədyarovlar ailəsi şahmat üçün inanılmaz qədər çox nəticələr qazanıb. Sənin ilk məşqçin. Biz 1993-ci ildə Zəngilanda istirahətdə olanda (bizim çox qohumlar orada yaşayırdı və biz oraya istirahətə tez-tez gedirdik) mənim əmim bizi şahmat oynamağı öyrətdi. Və 1993-ci ildə artıq Sumqaitə qayıdanda orada 3 nömrəli şahmat məktəbinə yazıldıq. Bizim birinci şahmat dərslərimiz orada verildi. Biz bir necə il o məktəbə getdik, amma düzünü desək oradakı nəticələrimiz çox uğurlu olmadı. Atamız, bizim əsas və yeqanə məşqçimiz və psixoloqumuz, bunu görüb bizi o məktəbdən çıxartdı. Bundan sonra biz öz məşqlərimizi evdə keçirdirdik. Və bizim bütün uğurlarımızın səbəbi məhz bizim evdə bu cür qızqın məşqlərdir. Atan haqqinda. Dediyim kimi,atam bizim bütün ailəmizin şahmat üzrə məşqçisidir. Həmdə atam özü idmançı olub və ağır atletika üzrə 1980-ci illlərdə Azərbaycan çempionu olub. Sözsüz ki, bütün valideyinlər haçansa öz övladları üçün əziyyətlər çekiblər və bizimdə valideyinlər bizim məşqlərimizin ciddi keçməsi üçün, bizim yarışlarda iştirak eləməyimiz üçün bizə çox böyük şəraitlər yaradıblar. Bizim qələbələrimizdə, nəticələrimizdə onlarında çox böyük rolları var həm atamın,həmdə anamın. Mən də bu müsahibədən istefadə edərək onlara öz təşəkkürümü bildirirəm. Və ümüd edirəm ki biz də,bütün gənclər kimi, bizim valideyinlərimizin bütün bu əziyyətlərini unutmayacayıq. Ilk qələbələr və məğlubiyyətlər. Bilirsiz,ilk qələbələri xatırlamaq daha hasantdır nəyinki məğlubiyyətləri. Uşağ olarkan hər bir qalibiyyətin öz dəyəri var. Ola bisin ki o turnir o qədərdə böyük deyildi, amma mənim ücün çox vacib bir qələbə kimi yadda qaldı. 1995-ci ildə Zaqulbada gənclər arasında beynəlxalq turnirdə qələbəm. O turnirdə mən Azərbaycanın çox güclü şahmatçılarına qalib gəldim. Demək olar ki ,o qələbə mənim birinci əsas qələbəm idi. Məğlubiyyətə çatanda isə, düzünü desəm, məğlubiyyəti mənim üçün yadda saxlamaq çox çətindir. Şahmata girəndə ilk illərdə məğlub çox oldum. Sonra isə Azərbaycan çempionatında qalib qəlməməyim. Şahmat oyununda məğlub olmaq normal bir haldır. Mən də səhvlərimi başa düşərək bu səviyyəyə gəlmişəm. Populyarlıq.Onun mənfi və müsbət cəhətləri. Mənfi cəhətləri məncə insanın özundən asılıdır.Yənı insan öz populyarlıqını düzgün istifadə eləyə bilsə, onun mənfi cəhətləri az görsənər. Mən bu günümə, qazandığım ada, nəticələrə, həyatda tutduğum yerə, hər şeyə görə şahmata borcluyam. Populyarlıqdan mən mənfi bir şey görməmişəm. Mən necə var idim, helədə qalmışam və calışacam ömrümün axırına qədər mənfi deyilən şeylərdən uzaq olum və normal bir həyat sürüm. Çalışacam nəticələrimi dahada genişləndirim və bu günümdən daha da güclü olum, hər gün inkişaf etmək fikrindəyəm və hər bir ada-sana allanmamaq fikrindəyəm. Mən çalışacam dünyanın 1 nömrəli şahmatçısı olum və buna çatandan sonra mən biraz rahatlaşıb deyə bilərəm ki, hardasa nəyəsə nail olmuşam. Hələlik isə mənim həyatda nəyəsə nail olmaq haqqda fikirləhsmək biraz tezdir. Ümüd edirəm ki, bir neçə ildən sonra mən sizə intervyu verəndə, dünyanın birinci şahmatçısı kimi danışacam, və onda mən sizin populyarlıq haqqda sualınıza daha ətraflı cavab verərəm. Ən yadda qalan oyunun və turnirin? Yadda qalan oyunlarım çox olub. Və helə oyunlar olub ki, o oyunlarda qalib gələrkən turnirin qalibi olmuşam. Amma əlbətdə bir Azərbaycanlı kimi mənim üçün ən prinsipial oyunlar erməni şahmatçıları ilə olub. Məsələn şahmat üzrə gənclər olimpiadasından(hər komanda 4 şahmatçıdan ibarətdir) bizim 3 Azərbaycanlı şahmatçısı ermənilər ilə heç-heçəyə razılaşdılar. Tək mən qaldım və mənim nəticəmnən oyunun ümumi nəticəsi asılı idi. Udsaydım - udurduq, uduzsaydım - uduzurduq. Bu an mənim üçün çox prinsipial və çətin bir an oldu. Mən əlbətdə, o biri şahmatçılarımız kimi, risk götürmədən heç-heçə edə bilərdim. Onda komandamız onlarla heç-heçə oynayıb olimpiadada medalsız qalırdı. Və mən var gücüm ilə çalışdim udum o oyunu. O anlar həyatımda keçirdiyim ən həyacanlı anlardan idi. Mən yenilmək istəmirdim, həmdə rəqibimdə çox güclü bir şahmatçı idi. Və mən qalib gəldim, komandamızda erməni komandasını məğlub etdi. Buna görə fikirləşirəm ki, bu qalibiyyət mənim üçün çox vacib idi. Amma bundan başqada çox vacib qələbələrim var. Məsələn, Naxçıvanda olan Dünya Çempionatı, Istanbulda Dünya Çempionatı. Ümumiyyətlə sonuncu, hər şeyi həll edən oyunlar mənim üçün çox vacib olur və mən bu oyunlarda yaxşı çıxış edirəm. Buda çox sevindirici bir haldır. Azərbaycan və şahmat. Oyunun populyarlıqı. Dəstək verənlər. Yeniyetmələr və gələcək. Azərbaycan şahmatına hələ 1980-ci ildən çox böyük dəstək verilirdi və şahmatçının böyük bir nəticə göstərməyi üçün böyük işlər aparılırdı. Sonraki illərdə, 1990-ci illər, Azərbaycanda şahmatın səviyyəsi bir az aşağa düşdü və nəticələr azaldı. Sonra isə, 1998-ci ildən şahmat Azərbaycanda bir daha yüksəlməyə başladı. Bundan sonra gənc şahmatçılarımız dünya və Avropa Çempionatlarında yer tutmağa başladılar. Bu ilin əvvəlində mən dünyanın 4 nömrəli şahmatçısı idim. Bu bizim üçün artıq bir rekorddur. Mən onuda qeyd etmək istəyirəm ki,şahmatda yaş fərqi rol oynamır. Və mən hər zaman məndən 10 yaş böyük olan şahmatçılarla oynayıram. Buda böyük potensialın olmağını subut edir. Hal-hazırda biz çox böyük səviyyəyə gəlib-çıxmışıq və dünyada 10 birinci şahmatçı arasında 2 Azərbaycanlı şahmatçı var. Mən və Teymur Rəcəbov. Amma buna baxmayaraq, açıq desəm, mən göstərdiyim nəticələrə və nailiyətlərə görə dövlətdən lazımlı dəstək almamışam. Və bu günki şahmat inkişafımı yalnız özüm qazandığım maliyyə imkanlarına görə davam edirəm. Nəinki mən tək,həmdə bütün bizim ailəmiz. Buda o deməkdir ki, biz lazımlı dəstəyi almırıq. Amma ümüd edirəm ki, bu məsələ gələcəkdə düzələr və bizdən sonra gələn gənc nəsil bizim bu gördüyümüz cətinlikləri görməz və onlara daha rahat olar. Çempionluqu təkrarlamaq bir dəfə qazanmaqdan daha çətindir. Sən Essent Chess turnirinin 2006-cı ildə qalibi olmusan. Doğurdanda qazandığın nailiyyəti təkrarlamaq çox çətindir. Məsələn üçün şahmat üzrə gənclər arası dünya çempionatı cəmi 43 dəfə olub. Və o 43 dəfədən 42-sini başqa-başqa şahmatçılar qazanıb. Yeganə şahmatçı ki bu adı 2 dəfə qazana bilsin mən olmuşam. Bu çox sevindirici haldır. Başqa heç kəs bunu edə bilməyib. Buda sizin sözünüzə dəstək verən bir misaldır. Mən Essent Chess turnirinin keçən il qalibi olmuşam. Məncə keçən ilki tərkib bu ilki tərkibdən daha güclü idi. Amma buna baxmayaraq bu il çempionluqu qazanmaq çox çətindir. Mən ümüd edirəm ki, bu nəticəni ikinci dəfə qazana biləcəm. Çünki mən bu turnirdə çalışıram daha aktiv, daha gözəl şahmat oynayım. Görək nə olur... Inşa Allah yaxşı olacaq. Şahmatdan başqa maraqların varmı? Şahmatdan başqa maraqlarım əlbətdə var. Mən özümü şahmatçı saysamda, mən öz həyatımı şahmata qurban verməmişəm. Əsas hobbilərim yeni xəbərlərə qulaq asmaqdır, idman xəbərləri, ümumiyyətlə idmana çox böyük sevgim var və Azərbaycan idmançılarına hər bir idman növündə azarkeşlik edirəm. Dostlarım ilə təmiz havada, şəhərdə boş vaxtım olanda gəzməyi çox sevirəm, kitab oxumaqı çox sevirəm. Vaxtımı xoş keçirməyə çalışıram. Xaricdə çıxış edərkən orada yaşayan Azərbaycanlıların dəstəyini hiss edirsənmi? Sözün əsl mənasında son zamanlar hiss etməyə başlamışam. Əvvəllər bu cəhətdən biraz problemlər yaranırdı. Düzdü nəticələrimiz yavaş-yavaş qalxır və artıq mötəbər turnirlərdə çıxış edirik, bu da mətbuatda daha çox yayılır. Nəticədə Azərbaycanlıların xəbəri olur bizim çıxışlarımız haqqında, əvvəl belə deyildi. Bizi sevənlər, bizim idmanımıza hörmət eliyənlər, Azərbaycana hörmət eliyənlər gəlirlər,maraqlanırlar. Gələnlərdə bizə çox böyük sevinc bəxş edirlər. Biz də özümüzü qərib ölkələrdə tək,tənha hiss eləmirik və fikirləşirik ki, bizə dəstək verən var. Buda bizim qalib gəlməyimizdə, ozümüzü daha yaxşı hiss ələməyimizdə böyük bir rol oynayır. Sənin Hollandiyaya növbəti səfərin haçan gözlənilir? Yanvar ayının 13-də ya 14-də Wijk aan Zee şəhərində hər il keçirilən superturnirdə iştirak edəcəm. Bu il, ilk dəfə olaraq, Azərbaycanı burada iki nəfər təmsil edəcək, mən və Teymur. Buda çox sevindirici haldır ki, belə bir turnirdə iki Azərbaycanlı oynayacaq. Bu turnir öz səviyyəsinə görə çox güclü bir turnirdi, burada 10 ən güclü şahmatçıdan 9 iştirak edəcək. Ümüd edirəm ki, iki Azərbaycanlıdan biri bu turnirdə qalib gələcək. Şəxsi saytın varmı? Belə təkliflər çox olub. Çox kompaniya, firma təklif edib belə bir sayt duzəltmək. Amma fikrləşirəm ki, hələ tezdir və mənim qarşıda hələ çox böyük məqsədlərim var və bu məqsədlərə çatmaq üçün hansısa əlavə işləri qurban vermək lazımdır. Mən dünyanın 4-ci şahmatçısı olmuşam və indi çalışmaq lazımdır dünyanın 1-ci şahmatçısı olmaq. Ona görə çox ciddi şəkildə çalışıram şahmatla məşqul olmaq. Amma gələcəkdə buna da vaxt tapılar və öz şəxsi saytımda olar. Sən bilən şahmatda ən yüksək zirvən hansı ola bilər? Şahmatda və bütün idman növlərində ən böyük zirvə ümümi dünya çempionu olmaqdır. Şahmatda dünya çempionu olmaq çox cətin bir işdir. Bu çempionat 4-5 ildən bir olur. Həmdə burada nə yaş fərqi,nə çəki fərqi, o birisi idman növlərindəki kimi,olmur. Bütün dünyadada millionların arasında 1 nəfər dünya çempionu olur. Ona görədə bu çox çətindir. Mənim qarşımda 2 məqsəd var: dünya çempionu və dünyanın 1 nömrəli şahmatçısı olmaq. Fikirləşirəm, bu ikisindən biri olsa yenədə böyük bir nəticədir. Biz Benelüksda Azərbaycanlı Gənclərinin Koordinasiya Şurası adlı bir teşkilat yaratmışıq. Təşkilatımızın əsas məqsədləri bu devlətlərdə yaşayan gənc Azərbaycanlıları toplamaq və birgə Vətənimizin tarixini, mədəniyyətini və idmanını təbliq eləmək. Sənin bu haqqda fikrlərin, məsləhətlərin və arzuların. Bizcə sən xaricdə tez-tez olduğuna göre bizə burada dəyərli məsləhətlər verə bilərsən. Mən sizin təşkilat haqqında birinci dəfə eşidirəm. Və belə bir təşkilatın bizim kimi gənclərə,idmançılara göstərilən belə bir qayğını və sevgini açıq desəm, yagin ki heç kəsin xətrinə dəyməz, ilk dəfə görürəm. Və fikrləşirəm belə bir dəstək hər bir dəstəkdən daha üstündür. Məncə belə bir təşkilatın olmağı indiki və gələcək Azərbaycan üçün çox vacibdir. Sizin təşkilatın göstərdiyi qayğı, sonra oyun zalına gəlməyiniz və orada bizi dəstək etməyiniz çox vacibdir. Orada hər kər soruşanda ki: "Siz hardansız?", “Mən Azərbaycandanam!” cavab verəndə,artıq turnirin təşkilatçıları və başqaları fikirləşir ki, bu ölkədə çox böyük vətənpərvərlik var, Azərbaycanlı şahmatçıları çıxış edir və buradaki Azərbaycanlılar oyunlara qəlib onlara azarkeşlik edirlər. Mən bilmirəm sizə nə məsləhət görə bilərəm. Məncə siz özünüz öz işinizi çox gözəl bilirsiniz. Sadecə olaraq işinizi belə davam edin. Və inanıram ki, gələcəkdədə biz sizin bu cür destəyinizi görəcəyik. Şəhriyar, verdiyin intervyuya görə sənə öz təşəkkürlərimizi bildiririk. Biz səni dünyanın ən güclü şahmatçısı kimi görmək istəyirik. Sənə çoxlu-çoxlu uğurlu çıxışlar arzu edirik. |