|
|
|
Interviews
|
|
Written by İlqar Aslanov
|
|
Saturday, 20 September 2008 10:45 |
|
İlqar Aslanov, 09.2007 Zəhmət olmasa, özün barədə məlumat ver. Adım Eyvazov İlkindir. 1986-cı ildə, Gəncə şəhərində anadan olmuşam. Repdə adım “İlkin E ABC”-dir. E – Eyvazovdan irəli gəlir, ABC isə AzərBayCan sözündən
Repə həvəsin hardan gəlib? 4 il bundan əvvəl, babam rəhmətə gedəndən sonra, ürək sözlərimi ona kağız üzərində çatdırırdım. Sözləri musiqiyə uyğunlaşdırıb mahnı şəklində kompyuterə yazdım və tanışlarıma göndərdim. Onların müsbət fikirlərini bildikdən sonra
həvəsləndim. Bundan sonra, Vətənimizi tanıtmaq üçün hollandca Azərbaycan haqda mahnılar yazmağa başladım. Bir müddətdən sonra, mahnılarımı eşidib məni səsyazma studiosuna dəvət etdilər. O vaxtdan, 87 mahnı yazdırmışam.
Bu yolda sənə kim dəstək olub? Çox insan mənə dəstək olub və mən onlara öz minnətdarlığımı bildirirəm. Ancaq ən əsas dəstək yerim ailəm və qohumlarım olub. Onlarsız, mən bu fəaliyyətimə başlamazdım.
İlk mahnının adı nədir? İlk mahnım “Babaydın sən bizə” adlanır. 4 il bundan qabaq yazılıb.
Bilirik ki, sən çox vaxt vətənpərvər mahnılar ifa edirsən. Bu yenə də davam edəcəkmi? Fərqi yoxdur, hollandca ya azərbaycanca, mən hər zaman Azərbaycanın adını yüksəkdən işlədirəm, çünki arzun odur ki, Hollandiyada azərbacanlılar öz vətənlərinin adını səsləndirəndə, hollandlar desinlər ki, “İlkin E ABC gələn ölkədəndir”. Hal hazırda çəkilən kliplərimdə də, Azərbaycanın bayrağı görsənəcək, çünki bayrağımızı hər kəs tanımalıdır.
Duetlərin kimlərlə olub? ЖЏn xoşuna gələni hansıdır? İmkan daxilində, azərbaycanlılarla duet oxumağa çalışıram, ancaq, əfsuslar olsun, burda çox azıq. Misal üçün, E ABC ft Guljah – Keer je rug niet. Söz düşmüşkən, bu mahnıya, klip çəkiləcək. Gülçöhrə qohumumdur, gözəl səsi olduğuna görə, mənimlə oxumaqı təklif etdim. Ondan başqa, bacım Nigarla da bir mahnımız var: Ilkin E ABC ft Nigar – Unut məni. Bu mahnı Bakıda, yay tə`tilimiz zamanı çoxlarının xoşuna gəldi, və hətta iki toyda da ifa olundu. Həm də dostlarım Beki, Kenan, Mozah və Hacı ilə də duetlərim var. Xüsusi olaraq, xalam oğlu Emili qeyd etmək istəyirəm. 11 yaşı olmasına baxmayaraq, çox gözəl səsə malikdir. Onunla oxuduğumuz mahnının adı Kleine zielen-dir.
İndiyə qədər ən gözəl duetim Gülçöhrə ilə oxunub: Ilkin E ABC ft Guljah – Keer Je Rug Niet
Sənətinin əsas məqsədi nədir? Azərbaycanda görsünlər ki, biz burda heç bir şeyi unutmamışıq. Azərbaycanlı kimi dünyaya göz açmışıq və bu millətin nümayəndəsi ki də öləcəyik. Benilüksda da bilsinlər ki, Azərbaycan kimi gözəl və qədim mədəniyyətə malik olan ölkə var.
Repdən başqa nə ilə məşqulsan? Fitnessə marağım var. Futbola baxmağı xoşlayıram, fürsət düşəndə, özüm də oynayıram.
Oxuyursan? İdarə etmə və İqtisadiyyat üzrə təhsilim var.
İşləyirsən? Bir nəqliyyat şirkətində Custumor Service Back Office bölməsində işləyirəm.
Eşitdiyimizə görə, ilk klipini çəkdirirsən. Bəli, sentyabr ayının 23-də, Vətənimi unutmadığım üçün Tanrıya “çox sağ ol” dediyim, Bedantk mahnısının klipi hazır olacaq. |
|
Submit news on Veten.be!
Got interesting news? Share it with us! and we'll add it on Veten.be with your name!
Maraqlı xəbəriniz var? Onu bizimlə bölüşün! və biz onu səhifəyə sizin adınızla əlavə edəcəyik!
Who's online?
We have 6 guests online
|