Forumda probleminiz yaranıb?

Forumda qeydiyyatdan keçə bilmirsiniz? Daxil olmaqda çətinliklər yaranır? Hər hansısa səhv var?

Bizə email yazın və biz ən yaxın zamanda sizin probleminizi həll etməyə çalışacayıq.

Veten.be

Azerbaijani Youth in the Benelux

 

Veten.be - Forum

Join Our Forum Sizi Veten.be Forumuna dəvət edirik. Burada siz istədiyiniz mövzuları müzakirə edə bilərsizin, sizi maraqlandıran suallara cavab almaq və sadəcə olaraq yeni və maraqlı insanlarla tanış olmaq imkanını qazanacaqsınız.

Veten.be - Gallery

Veten.be GalleryVeten.be Rəsim qalereyasında siz Benilüksda keçirilən mədəniyyət, diaspora və idman tədbirlərindən, gənclərin görüşlərindən şəkilləri seyr edə bilərsiniz. Eyni zamanda, sizdə olan rəsimləri də bizimlə bölüşə bilərsiniz.
Elxan Rzayev ilə müsahibə PDF Print E-mail
User Rating: / 6
PoorBest 
Interviews
Written by Kenan Kafarov   
Saturday, 20 September 2008 10:22
Kənan Qafarov, Groningen. 03.02.2008 

1. Elxan, xahiş edirəm özünü təqdim et. 

Rzayev Elxan Zahid oğlu 25 yanvar 1977-ci ildə Azərbaycanda Bakı şəhərində doğulmuşam. Gənc mügənni, bəstəkar. 

2. Estradaya necə gəldin? 

1993-ci ildə Azərbaycan Dovlət Filanrmoniyasında estrada qrupu yığılırdı.Yusif Mirişli qrupun rəhbəri idi və məni ora pianoçu kimi dəvət etdi. Demək olar ki, mənim estrada fəaliyyətim belə başladı. 

3. Sənətdə nəyə nail olmusan və hansı uğurları əldə edə bilmisən? 

1996-ci ildə mən Qırğızıstanda "Beynəlxalq Gənc Talantlar" müsabiqəsində iştirak etmişəm və

4-ci yəri əldə etmişəm. Bu mükafat tamaşaçılar tərəfindən verilir və "Tamaşaçılar mükafatı" adını daşıyır. 

4. Hollandiyadaki həyatın haqqda. 

Hamı kimi məndə, Hollandiyaya gələnnən hər şeyi sıfırdan başladım. Amma, şükürlər olsun ki, gələn günümdən burada mən konsertlər vermişəm. Hal-hazırda estrada akademiyasının tələbəsiyəm. Ећükür Allaha Hollandiyada həyatım yaxşı keçir. Amma əlbətdəki, mən Vətənim üçün çox darıxıram. 

5. Hollandiyada ilk çıxışların. 

Deməli, 2002-ci ildə mənim ən birinci konsertim Eindhoven şəhərində olub. Sonra Rotterdamda, 3-cü konsertim isə Groningendə. Bu konsertlər mənim xatirəmdə ən çox qalanlardı, çünkü bunlar birinci böyük konsertlərim olublar.  

6. Azərbaycan musiqisi Hollandiyada: indiki vəziyyəti və gələcəyi. Bu işin içində olan bir adam kimi öz fikrini bizə söylə. 

Ећükür Allaha yaxşıdı, çünkü burada bizim layiqli sənətçilərimiz var. Faiz Hüsseynov - gözəl skripka çalan, Adil Abdullayev - opera mügənnisi, Frənqiz Bağırova - opera mügənnisi və mən. Mən ümüd edirəm ki, yaxın zamanda Azərbaycan musiqisini, nəinki Hollandiyada, bütun Avropada eşidəcəklər. 

7.  Maria Nostalgiya... Maria Nostalgiya Holland müğənnisidir və hal-hazırda öz repertuarına Azərbaycan mahnılarınıda daxil edib. Necə oldu ki, o Azərbaycan mahnılarını oxumaqa başladı? 

Hardasa 5 ay bundan qabaq, 2007-ci ilin sentyabrında, mən onlarda qonaq idim.Və mənim ağlıma belə bir fikr gəldi: niyə Maria Azərbaycan dilindədə oxumasın, axı o 19 dildə oxuyur. Və Azərbaycan dilindədə oxusaydı lap gözəl olardı. Mən artıq 7 ildən çoxdur ki Maria ilə bir yerdə fəaliyyət göstərirəm. Bizim unudulmaz korifeyimizin Tofiq Quliyevin diskini mən gətirdim və Mariyaya təklif elədim qulaq asıb, mahnı seçmək."Ürəyin hansı mahnını istəyirsə bir yerdə öyrənək!" - dedim ona. Sonra Maria bir-neçə dənə mahnı seçdi və biz bir yerdə başladıq bu mahnıları oyrənməyə. Bütün sözləri ciddi şəkildə bir-bir öyrənirdik.  Hətta bir maraqlı əhvalat danışım. Tofiq Quliyevin "Gəmqin" mahnısını biz bərabər məşq edirdik və Marianın yoldaşı, özü produsserdi, oturmuşdu divanda və bizə qulaq asırdı. Birdən mən fikr verdim ki, kişinin gözündən yaş gəlir. Bu insan Azərbaycan dilini başa düşməsədə, Azərbaycan mahnısı buna o qədər təsir elədi ki, o dözmədi və başladı ağlamaqa. 

Elxan, Holland mügənnisinin Azərbaycan mahnılarını oxumağı çox nadir hadisədir və şəxsən sənin böyük bir nailiyyətindir. Buna görə biz sənə öz təşəkkürümizi bildiririk. Azərbaycan mahnıları Holland müğənnisinin ifasında Hollandlılara dahada xoş gəlir, onların ürəyinə daha tez yol tapır. Bu istiqamətdə bizi təzə sürprizlər gözləyirmi? 

Ilk öncə bunu demək istəyirəm ki, bir Azərbaycanın incəsənət adamı kimi, bir Azərbaycanlı kimi, burada Azərbaycan musiqisini və bayrağını tanıtdırmaq mənim borcumdur. Ikincisi, əlbətdə sizi sürprizlər gözləyir. Mən sənət adamıyam və mənim sənətimin işi odur ki, tamaşaçım üçün, xalqım üçün mən yeniliklər yaradım. Mən təzə repertuar hazırlayıram. Inşa Allah bu ilin sonunda mənim solo konsertim gözlənir və orada Holland musiqiçiləri bizim Azərbaycan mahnıları ilə məni müşaiyət edəcəklər.  

8. Azərbaycandan Hollandiyaya hər il bir neçə müğənni gəlir. Sən onlarla görüşürsənmi? Bu görüşlər sənə nə verir? 

Əlbətdəki, imkan dərəcəsində mən çalışıram onlarla görüşüm. Bu mənim senətimdə böyük rol oynayır, çünkü onlar artıq Azərbaycanda tanınmış artistlərdi. Və bu mənim üçün bir uğurdur. Məsələn üçün, bu yaxınlarda Elza Seyidcahan ilə biz bir yerdə konsert vermişik. 

9. Azərbaycan şou-biznesini izləyirsənmi? Sənin bu haqqda fikrin. 

Nəyinki şou-biznesi, bütün Azərbaycanda baş verən hadisələri mən izləyirəm. Bu mənim borcumdur, mən Azərbaycanlıyam! Ећou-biznesinidə izləyirəm, bu mənim sənətimdir. Məncə Azərbaycan şou-biznesi ilə indi fəxr eləmək olar. Bizim həmişə gözəl müğənnilərimiz və bəstəkarlarımız olub. Indi isə daha çoxdur, onlar hamısı üzdədir və onların bütün şəraitləri var özlərini göstərməyə. Mən fəxr edirəm ki, Azərbaycanda belə gənc talantlar var. Onları görürlər, sevirlər. Tamaşaçının gözü - tərəzidir. O görür kim nəyə naildir, kim nəyə layiqdir. Mənə bu yaxınlarda belə sual verdilər: "Sən istiyərdin Hollandiyada estrada akademiyasını bitirəndən sonra Azərbaycana qayıdasan?"  Mən dedim: "Yox". Çünkü görmürəm ki, mən nə isə Azərbaycana indi verə bilərəm orada ola-ola. Ећükür Allaha, mənim əlimdə elə bir fürsət var - mən Avropadayam və mən burada Azərbaycanı təmsil edə bilərəm. Bu hər insana həyatda qismət olmur. Ona görə mən istəyirəm Azərbaycanı başqa ölkələrdə tanıtdırım. 

10. Şəxsi web-site açmaq fikrin varmı? 

Əlbətdə. Deməli yeni albomum çıxandan sonra web-site açmaq istəyirəm. Internet səhifəm Azərbaycan, Ingilis və Holland dillərdə olacaq. 

11. Gələcək planların və konsertlərin. 

Mart ayında single formasında mənim "Vətən" adlı mahnım çıxacaq və ilin sonunda bütün albomum çıxacaq. Onu prezentasiya edib, konsert verəcəm. 

12. Biz Benelüksda Azərbaycanlı Gənclərinin Koordinasiya Ећurası adlı bir təşkilat yaratmışıq. Təşkilatımızın əsas məqsədləri bu devlətlərdə yaşayan gənc Azərbaycanlıları toplamaq və birgə Vətənimizin tarixini, mədəniyyətini təbliq eləmək. Sən də Hollandiya yaşayan gənc bir Azərbaycanlı və musiqiçi kimi bu haqqda nə fikirləşirsən, məsləhətlərin və arzuların. 

Bizim burada bu qədər incəsənət adamları, sənətkarlar, talantlar var. Arzulayıram ki, siz çalışasınız onları üzə çxardasınız, tez-tez konsertlər keçirdəsiniz, yalnız bayramnan-bayrama olmasın, gözəl tədbirlər eliyəsiniz, bizdə gəlib orada çıxış edək. 

Çox sağ ol və gələcəkdə uğurlar! 

Sizədə uğurlar və mənə söz verdiyinizə görə təşəkkürlər.



 

Eurovision 2010

For more info and videos: Click here!

Facebook Fanbox 1.5.x.0

Poll

Veten.be`də hansı bölməyə daha çox diqqət göstərilməlidir?
 

Syndicate!

Submit news on Veten.be!

Your news on Veten.be!Got interesting news? Share it with us! and we'll add it on Veten.be with your name!

Maraqlı xəbəriniz var? Onu bizimlə bölüşün! və biz onu səhifəyə sizin adınızla əlavə edəcəyik!

Who's online?

We have 6 guests online