Sizi Veten.be Forumuna dəvət edirik. Burada siz istədiyiniz mövzuları müzakirə edə bilərsizin, sizi maraqlandıran suallara cavab almaq və sadəcə olaraq yeni və maraqlı insanlarla tanış olmaq imkanını qazanacaqsınız.
Veten.be - Gallery
Veten.be Rəsim qalereyasında siz Benilüksda keçirilən mədəniyyət, diaspora və idman tədbirlərindən, gənclərin görüşlərindən şəkilləri seyr edə bilərsiniz. Eyni zamanda, sizdə olan rəsimləri də bizimlə bölüşə bilərsiniz.
Bağırova Frəngiz Arif qızı. 1970-ci ildə Bakı şəhərində anadan olmuşam, orta məktəbi bitirdikdən sonra Incəsənət Universitetinə daxil olmuşam.Orta məktəbi oxuyarkan 12 nömrəli musiqi məktəbini bitirmişəm.
2. Avropadaki həyatınızdan bir neçə söz.
Artıq 11 ildi Hollandiyada yaşayıram. Bu illər ərzində həyatımda çox dəyişiliklər baş verib. Artıq burada təhsilimi bitirmişəm. Ömrümün sonuna qədər Hollandiyada qalmağımı hələ deyə bilmirəm. Həyat hər şeyi göstərəcək.
16 ildirki ailə həyat qurmuşam, 2 qızım və 1 oğlum var. Yoldaşımda burada təhsil alır və işləyir. Uşaqlar məktəbdə oxuyur. Yoldaşımla tanış olarkən artıq mən bu sənətdə idim. O məni bir musiqiçi - mügənni kimi tanıyıb. Ailəmizdə musiqiyə olan münasibət çox
müsbətdir. Evladlarımın da musiqiyə həvəsi var, lakin onlar burada seçdikləri sahələr üzrə təhsil alıb sonra Azərbaycana xidmət etmək istəyirlər. Musiqi bizim ailəmizdə böyük rol oynayır.
4. Hollandiyadaki təhsiliniz haqqında nə deyə bilərsiniz?
Buraya gəldiyimiz gündən Holland dilini öyrənməyə başladım. Çox çətin dildir, biraz alman dilinə oxşayır. Amma dili tezliklə öyrəndim və diplom aldım, sonra isə pedaqoji kurslara başladım. Artıq pedaqoji diplom və sertifikat da almışam. Beləliklə 4 illik sosial- pedaqoji işçi təhsilini 3 ilə bitirmişəm.
5. Musiqi və sizin həyatınız.
Bu sualın cavabı elə özündədir. Musiqi - mənim həyatımdır. Musiqi hər insanın həyatında çox vacibdir. Uşaqlıqdan ana laylası eşidərək, baxçada mahnılar oxuyaraq böyüyürük. Musiqi həyatımızın həm sevincli həm də kədərli anlarında bizimlədir. Musiqinin həyatımızdakı müsbət rolu danılmazdır.
6. Sizin Azərbaycanda musiqi fəaliyyətiniz haqqda bir neçə söz.
Musiqi məktəbinin 4-5 ci siniflərində oxuyarkən artıq konsertlərdə iştirak edirdim və televiziya ilə çıxiş edirdim. Sonra isə ЖЏfsər Cavanşirovın rəhbərliyi altında "Bənövşə" uşaq xorunun üzvü və solisti olmuşam. Sonra Azərbaycan Tele-Radio xorunda işləmişəm. Incəsənət institutunda oxuyan zaman Azərbaycanın müxtəlif rayonlarında konsertlərdə iştirak etmişəm və həmçinin təşkil olunan müxtəlif musiqi müsabiqələrində iştirak etmişəm. Bunlardan ən mühümləri 1989 ci ildə keçirilmiş 1ci "Zolotaya osen" və 1990-cı ildə təşkil olunan "Odlar yurdu 90" müsabiqələridir. Bu müsabiqələrdə diplomant adına layıq görülmüşəm.
7. Hollandiyada bir musiqiçi kimi ilk addımlarınız.
1996-cı ildən Hollandiyada yaşayıram. Öncə dil baryeri var idi. Holland dilini bilmədən heçnə eləmək mümkün deyil idi. Dili öyrənəndən sonra yerli incəsənət dünyasına yollar axtarmağa başladım. Öncə müxtəlif konsertlərdə xorda oxuyurdum, sonradan isə öz solo karyeramı başlamağa qərar verdim.
8. Bu yolda hansı kimi çətinliklər ilə qarşılaşmısınız?
Adətən hər bir müğənninin təşkilati işləri ilə məşğul olan prodüseri və ya maliyyə problemlərini həll edən sponsoru olur. Bunların heç biri məndə olmadığından bütün maliyyə və təşkilati problemlərimi özüm həll etməli oluram. Bu da heç də asan deyil, bir çox hallarda hər şeyi etməyə vaxt və vəsait çatışmır. Lakin mən gələcəyə böyük ümidlərlə baxıram.
9. Kim sizə bu yolda köməkçi olub?
Birinci növbədə Allah, sonra isə ailəm. Mənim anam özü də musiqiçidir və onun mənə peşəkar köməyi və dəstəyi misilsizdir. ЖЏlbətdə ki, ailəmin və dostlrmın rolu da çox böyükdür.
10. Sizin yerli incəsənət xadimləri ilə əlaqələriniz haqqda nə deyə bilərsiniz?
Drenthe TV-yə (Hollandiyanın Drenthe əyalətinin yerli televiziyası) intervyu vermişəm və orada konsertdə iştirak etmişəm. Konsert Milad Bayramına həsr olunmuşdur.
11. Sizin 10 illik təcrübəniz əsasında Hollandiyada inçəsənət həyatına başlayan bizim həmvətənlərimizə nə məsləhət verərdiniz?
Hollandlılar bizim Azərbaycan musiqisini çox sevirlər. Onlar bizim musiqini "xəyallara aparan bir musiqi" adlandırırlar. Mənim şəxsi tövsiyyəm ondan ibarətdir ki, özlərini yerli əhalidən çox uzaqlaşdırmamaq üçün Azərbaycan musiqisi ilə yanaşı holland (yerli) mahnılarını və dünya klassikasının nümunələrinin də ifa etsinlər.
12. Groningendə bu yaxınlarda verdiyiniz konsertdə hər bir tamaşaçıya Xocalı soyqırımı haqqında informasiya vərəqələri paylanılmışdır. Siz Xocalı faciəsi haqqında hollandca qısa məlumat verdiniz və şəhidlərimizin ruhunu bir dəqiqə sükut ilə yad etdiniz. Bu əsl vətəndaş addımı idi və bütün tamaşaçılara böyük təsir bağışladı. Siz Azərbaycan diasporasının işində fəal iştirak etmək fikrindəsinizmi?
Mən Azərbaycanlıyam və hər bir azərbaycanlı kimi imkan daxilində hər bir aksiyada iştirak etməyə hazıram.
13. Benelüksda yaşayan Azərbaycan gənclərinə sızin arzularınız və məsləhətləriniz?
Azərbaycanlı olmaqları ilə fəxr etsinlər, bunu unutmasınlar və biliklərini, savadlarını, təhsillərini artırsınlar. BIR OLUN!
14. Sizin www.veten.be saytına tövsiyəniz?
Bu sayt mənim çox xoşuma gəlir. Chox maraqlı, geniş, dəqiq və operativ xəbərlər çatdırır.
15. Sizin gələcək planlarınız?(konsertlər, albomlar, sayt və ...)
Konsertlər gözlənilir. Oktyabrda Ingiltərədə Azərbaycan cəmiyyətinin sədri Sevil Aslanova məni bir konsertdə çıxış etməyə dəvət eləyib. Konsert yerli Azərbaycan cəmiyyətinin 2 illik yubileyinə və Azərbaycanın Müstəqillik gününə həsr olunacaq. Bu ilin fevral ayında Hollandiyada mənim "Bakı" adlı ilk albomum işıq üzü gördü. Gələcəkdə fəaliyyətimlə bağlı internet səhifəsi yaratmaq fikrim var.
16. Siz mənim yerimdə olsaydınız Frənqiz Bağırovadan nə soruşardınız?
Siz özünüzü xoşbəxt sayırsınız? Bəli. Mənim ailəm var, xoşbəxtəm. Istədiyim sənətlə məşğulam.